"Qarabağ"ın legioneri ilk dəfə milliyə çağırıldı

"Qarabağ"ın legioneri ilk dəfə milliyə çağırıldı
XƏBƏR 17 Mart 2022 / 09:48 3981
-  A +

"Qarabağ"ın futbolçuları Patrik Andrade və Leandro Andrade Kabo-Verde millisinə çağırılıb.

Qol.az Kabo-Verde Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, onlar Qvadelupa, Lixtenşteyn və San Marino ilə yoldaşlıq oyunları üçün yığmaya dəvət alıb. 

22 yaşlı L.Andrade ilk dəfə milliyə çağırılıb. P.Andrade isə 2020-ci ildən yığmaya cəlb olunub.

Qeyd edək ki, Kabo-Verde  martın 23-də  Qvadelupa, martın 25-də Lixtenşteyn və martın 28-də San Marino ilə qarşılaşacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner