Premyer Liqamızın bombardiri yenidən Gürcüstan millisində

Premyer Liqamızın bombardiri yenidən Gürcüstan millisində
XƏBƏR 17 Mart 2022 / 01:38 2119
-  A +

Gürcüstan millisinin Bosniya və Herseqovina və Albaniya ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Qol.az Gürcüstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Villi Sanyolun 23 nəfərlik siyahısında "Zirə"nin hücumçusu Davit Volkov da var.

Hazırda 10 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan Volkov ikinci dəfədir milliyə çağırılır.

Qeyd edək ki, Gürcüstan millisi martın 25-də Bosniya və Herseqovina, martın 29-da isə Albaniya ilə qarşılaşacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner