"Qarabağ"ın sabiq qapıçısı karyerasını başa vurdu

"Qarabağ"ın sabiq qapıçısı karyerasını başa vurdu
XƏBƏR 16 Mart 2022 / 16:46 3245
-  A +

"Qarabağ"ın sabiq qapıçısı Hannes Halldorsson karyerasını başa vurub.

Qol.az xəbər verir ki, bu barədə 38 yaşlı qolkiper öz "Tvitter" hesabında məlumat yayıb. İslandiyalı oyunçu paylaşımında bildirib: 

"31 illik futbol karyeramdan sonra vidalaşmağın vaxtı gəldi. Bu, əsl səyahət oldu. Ailəmə, komanda yoldaşlarıma, məşqçilərimə, bu yolda mənə dəstək olan hər kəsə təşəkkür edirəm". 

Qeyd edək ki, Hannes Halldorsson 2019/2020 mövsümündə "Qarabağ"da çıxış edib. Təcrübəli oyunçu son olaraq ölkəsində "Valur"un formasını geyinib. O, İslandiya millisinin heyətində 74 matç keçirib. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner