"Karyeramın ən güclü komandasını çalışdırıram" - Klopp

"Karyeramın ən güclü komandasını çalışdırıram" - Klopp
XƏBƏR 16 Mart 2022 / 16:06 2193
-  A +

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandası haqda danışıb.

Qol.az xəbər verir ki, almaniyalı mütəxəssis “Sky Sports”a açıqlamasında indiyədək bu qədər güclü komandaya rəhbərlik etmədiyini bildirib:

“Hazırda bütün karyeramın ən güclü komandasını çalışdırıram. Bu, Luis Diazı çıxmaq şərti ilə mövsümün əvvəlindən bizdə olan heyətdir. Bəzi oyunçular yox idi, amma indi hamı sıralardadır və hazırkı heyət güclüdür. Kaş ki, həmişə belə olaydı".

Klopp komandasının çempionluq şanslarından da danışıb:“Çempionluq uğrunda mübarizəyə gəlincə, bizdə təbii ki, gərginlik var. Amma bunu son illərdə yaşamağa öyrəşmişik. Ötən mövsüm mümkün qədər çox matçda qalib gəlmək lazım idi. Çünki Çempionlar Liqasına düşmək üçün ciddi mübarizə gedirdi. Ötən il Premyer Liqanın qalibi olmuşduq. Bir il əvvəl, son günə qədər titul uğrunda böyük yarış var idi. Əlbətdə ki, indi də mübarizəyə hazırlaşırıq". 

Qeyd edək ki, hazırda Premyer Liqada bir oyun az keçirən “Liverpul” 66 xalla 2-ci pillədə qərarlaşıb. Lider “Mançester Siti”nin isə 70 xalı var.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner