“Barselona” kimi fərdi texnikası yüksək olan futbolçulardan ibarət bir komandaya qarşı oynamaq çox fərqlidir. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Bunun üçün çalışırıq”.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Domenek Torrent sabah Avropa Liqasının 1/8 final mərhələsində “Barselona” ilə İstanbulda keçirəcəkləri cavab oyunu barədə danışarkən deyib. Mütəxəssis fikirlərinə belə davam edib:
“Oyun fəsləfəmiz də “Barselona”nın keyfiyyətinə köklənəcək. Türkiyədə bu komandanı kifayət qədər tanımayan insanlar onların La Liqanın son turunda “Osassuna”ya vurduğu 4 qola baxsınlar. “Qalatasaray”ın “Barselona”ya qarşı apardığı mübarizəni düzgün şəkildə qiymətləndirmək lazımdır. Rəqibimiz hazırda dünyanın ən yaxşı 5 komandasından biridir. Futbolçularımız fiziki olaraq çox çalışıb. Onlar inanılmaz dərəcədə səy göstərirlər. Sabah da son dəqiqəyə qədər mübarizə aparacağıq. Kompakt şəkildə oynamaq istəyirik. Dünyanın bütün komandaları “Barselona”ya qarşı matçlarda bir az geri çəkilmək məcburiyyətində qalır. Oyun ərzində çətin anlar yaşamağa hazırlıqlı olmalıyıq. Doğma meydanda son 15 dəqiqədə çətinlik çəkdiyimiz vaxt azarkeşlərimiz bizə çox kömək edir. Əminəm ki, sabah da bizə dəstək olacaqlar. Onların dəstəyi ilə çox güclü oluruq. Çalışırıq ki, “Barselona”ya çətinlik yaracaq bir oyun planı quraq. Müdafiədə mükəmməl çıxış etməliyik. Bundan sonra mütləq qol vurmaq şanslarımız da olacaq. İlk andan etibarən yaxşı oynamağımız lazımdır. Xüsusilə, qapıçımız yaxşı çıxış etməlidir. İnanıram ki, bundan sonra şanslarımızdan yararlanacağıq və sərfəli nəticə əldə edəcəyik”.
Qeyd edək ki, komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb. Sabah keçiriləcək cavab matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə
Milli komandada şok hadisə - 7 futbolçu yoxa çıxdı
İqor Ribeyro: “Neftçi” həmişə hər oyuna hazırdır”
Yamal əsəbiləşdi, Flikə də üz çevirdi - Video
İngiltərə kubokunun yarımfinal cütləri
"İnter" – "Roma" matçında 7 qol vuruldu
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı