Balotelli Türkiyə Superliqasını ələ saldı

Balotelli Türkiyə Superliqasını ələ saldı
XƏBƏR 16 Mart 2022 / 13:27 5401
-  A +

Hazırda “Adana Demirspor”da oynayan İtaliya millisinin futbolçusu Mario Balotelli Türkiyə Superliqasını ələ salıb. 

Qol.az xəbər verir ki, 31 yaşlı  hücumçu 29-cu turda “Sivasspor”la görüşdə fərqlənsə də da, onun qolu VAR qərarı ilə ləğv olunub. Daha sonra o, sosial şəbəkə hesablarında həmin anın görüntülərini paylaşaraq hakimlərdən narazılığını bildirib və onları ironik mesaj ünvanlayıb. Balotelli yazıb: “Qollarımı və qol ötürmələrimi ləğv edirlər. Burada çox düzgün və gözəl sistem var”. 

Qeyd edək ki, Balotelli 2021-ci ildən “Adana Demirsor”da oynayır. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner