Ronaldodan acınacaqlı göstərici

Ronaldodan acınacaqlı göstərici
XƏBƏR 16 Mart 2022 / 11:51 2571
-  A +

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo üçün “Atletiko” ilə dünənki oyun ikiqat uğursuz olub.

Birincisi, onun komandası Çempionlar Liqasının 1/8 finalında rəqibinə evdə uduzaraq (0:1, ilk oyunda 1:1) yarışda mübarizəni erkən başa vurub. Portuqaliyalı futbolçunun şəxsi göstəricisi də pis olub.

Qol.az “Opta” statistik səhifəsinə istinadla xəbər verir ki, 37 yaşlı hücumçu bu matçda nəinki qol vura, rəqib qapısına bir dəfə də zərbə endirə bilməyib.

Artıq üçüncü dəfədir ÇL-in oyunlarında Ronaldo üçün belə hadisə təkrarlanıb. İlk dəfə “Mançester Yuneyted”la “Panatinaikos”un (2003-cü ildə), ikinci dəfə isə “Real”ın “Barselona”ya qarşı görüşündə (2011-ci ildə) Ronaldoya qapıya zərbə endirə bilməyib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner