Türkiyənin yeni Ardası

Türkiyənin yeni Ardası
XƏBƏR 15 Mart 2022 / 14:55 4748
-  A +

“Fənərbaxça”nın gənc futbolçusu Arda Güler İstanbul təmsilçisində yeni rekord müəyyənləşdirib. 

Qol.az xəbər verir ki, o, buna Superliqanın 29-cu turunda “Antalyaspor”la matçda (5:2) fərqlənməklə nail olub. Arda görüşün 78-ci dəqiqəsində qapını dəqiq nişan alıb. Bununla da 17 yaş 18 günlüyündə olan oyunçu “Fənərbaxça”nın heyətində qol vuran ən gənc futbolçu olub. Həmçinin Güler qarşılaşmada komandasının 5-ci qolunun ötürməsini də verib. 

Qeyd edək ki, Arda ümumilikdə “Fənərbaxça”da 10 matçda 1 qol vurub və 3 qolun ötürməsini verib.

“Fənərbaxça”nın kapitanı Mesut Özil klubun “Youtube” kanalına açıqlamasında Ardanın bu uğuru barədə fikirlərini bölüşüb. Özil deyib: “Super qol və super qol ötürməsi oldu. Bu, dünya standartlarında idi. Qardaşım dünya ulduzu olacaq”.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner