Sulşerin qızı çempion oldu

Sulşerin qızı çempion oldu
XƏBƏR 14 Mart 2022 / 13:45 2162
-  A +

Ole-Qunnar Sulşer "Mançester Yunayted"dən ayrıldıqdan sonra istirahət edərkən onun qızı Karna İngiltərə klubu ilə titullar qazanır. 

Qol.az xəbər verir ki, 19 yaşlı futbolçu bu dəfə U-21 komandaları üzə Superliqa Akademiya Kubokunun qalibi olub. "Mançester Yunayted" finalda "Birmingem" ilə qarşılaşıb. Karna isə həlledici matçda komandasına 2 qol ötürməsi lə kömək edib. Daha sonra o, əvəzlənib. Ümumilikdə, "Mançester Yunayted"in xanımları görüşdə 4:1 hesabı ilə qalib gəliblər. Sözügedən oyunu Ole-Qunnar Sulşer tribunadan izləyib. O, qızını alqışlayıb. 

Həmçinin onu da qeyd edək ki, Karna uğurları ilə tez-tez Sulşeri sevindirir. O, bu mövsüm 14 oyunda 14 qol vurub. 

Qeyd edək ki, Karna 2018-ci ildən "Mançester Yunayted"də oynayır. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner