"Çelsi" İngiltərə hökumətindən bunu xahiş etdi

"Çelsi" İngiltərə hökumətindən bunu xahiş etdi
XƏBƏR 13 Mart 2022 / 13:20 3446
-  A +

"Çelsi" İngiltərə hökumətindən kluba qoyulan qadağaları yüngülləşdirməyi xahiş edib. 

Qol.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. London klubu İngiltərə hökumətindən futbolçuların transferinə və müqavilənin uzadılmasına qoyulan qadağaları aradan qaldırmağı xahiş edib. "Zadəganlar" düşünür ki, bu məhdudiyyətlər komandada oyunçu çatışmazlığına səbəb olacaq. 

Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib . Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin "Çelsi"nin bank hesabı bloklanıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner