Klopp: "Biri məsuliyyət daşıyır , o da Putindir"

Klopp: "Biri məsuliyyət daşıyır , o da Putindir"
XƏBƏR 12 Mart 2022 / 12:30 2778
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə hökumətinin "Çelsi"yə qarşı tətbiq etdiyi sanksiyalar barədə danışıb.

Qol.az xəbər verir ki, 54 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında bunları doğru hesab etdiyini söyləyib:

"Tuxel və mən bir-birimizi tanıyırıq. Amma sadəcə oyunlarda söhbət edirik. O, oyunçular və "Çelsi"dəki işçilər yaşananlara görə məsuliyyət daşımırlar. Bir nəfər məsuliyyət daşıyır, o da Vladimir Putindir. Roman Abramoviçin prosesdə necə bir rol oynadığını bilmirəm, ancaq onların yaxın olduqlarını təxmin edirəm. "Çelsi"dəki insanlar və azarkeşlər üçün bu vəziyyət yaxşı deyil, anlayıram. Ancaq doğrusu, hökumətin etdiklərinin doğru olduğunu düşünürəm".

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra "Çelsi"nin rusiyalı sahibi Roman Abarmoviçin aktivləri dondurulub. Nəticədə "Çelsi"yə aid olan hesablar bağlanıb. Həmçinin London təmsilçisinə transfer və bilet satışı qadağası qoyulub. Bu səbəbdən klubun fəaliyyətində böyük çətinliklər yaranıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner