Avropa çempionatında Azərbaycan - Ermənistan finalı

Avropa çempionatında Azərbaycan - Ermənistan finalı
XƏBƏR 11 Mart 2022 / 19:50 4871
-  A +

Bu gün U-23 Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə start verilib.

Qol.az xəbər verir ki, bu gün mübarizəyə başlayan 4 güləşçimizdən 2-si yarımfinala yüksəlib.

Zirəddin Bayramov (65 kq) bolqar Stilyan İliyevi tam üstünlüklə məğlub edib. Daha sonra o, türkiyəli Hamza Alacana qalib gəlib. O, finala gedən yolda fransalı Marvan Ahmed Yezza ilə görüşüb və rəqibinə qalib gəlib. O, həlledici raundda Ermənistan təmsilçisi Hraçya Marqaryanla üz-üzə gələcək.

İslam İlyasov (97 kq) gürcü Riveri Mitsituriyə qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda macar Riçard Veqi məğlub edib. İlyasov qızıl medal uğrunda Almaniya təmsilçisi Yohannes Mayerlə qarşılaşacaq.

1/4 finalda uduzan Tofiq Əliyev (57 kq) rəqibi finala çıxdığı üçün bürünc medal uğrunda görüşdə Bolqarıstandan olan İvaylo Milenova rəqib olub.

Əşrəf Aşırov (79 kq) da rəqibi finala yüksəldiyindən medal şanslarını davam etdirir və sabah təsəlliverici qarşılaşmada Almaniya təmsilçisi Konstantin Schaible ilə görüşəcək.

Murad Yevloyev (70 kq) isveçrəli Tobias Portmanı sonuncu xal prinsipinə əsasən üstələyib - 4:4. Ancaq o, 1/4 finalda bolqar İvan Stoyanovun müqavimətini qıra bilməyib. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner