Gürcülər də Rusiyanı tərk edir

Gürcülər də Rusiyanı tərk edir
XƏBƏR 11 Mart 2022 / 10:04 2987
-  A +

Gürcüstanlı futbolçular Luka Qaqnidze və Luka Sulukidze “Ural”ı tərk ediblər.

Qol.az xəbər verir ki, bu barədə Premer Liqa təmsilçisinin saytı məlumat yayıb. Hər iki futbolçu FİFA-nın icazəsindən istifadə edib. 

Dünyanın ali futbol qurumu bugünlərdə Rusiya və Ukraynada çıxış edən legionerlərə bu il iyunun 30-dək müqavilələrini birtərəfli qaydada ləğv etmək hüququ verib.

Qeyd edək ki, Ukraynadakı müharibə ilə əlaqədar Rusiyada çıxış edən legionerlər bu ölkəni tərk edirlər.
 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner