İki qadın güləşçimiz yarımfinalda - Avropa çempionatı

İki qadın güləşçimiz yarımfinalda - Avropa çempionatı
XƏBƏR 10 Mart 2022 / 15:59 948
-  A +

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Qol.az xəbər verir ki, yarışın 4-cü günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub.

Gültəkin Şirinova (53 kq) 1/4 finalda fransalı Çadya Ayaçiyə qalib gəlib - 12:7. Həmyerlimiz yarımfinalda almaniyalı Anastasiya Blayvasla qarşılaşacaq.

Jalə Əliyeva (62 kq) 1/4 finalda Fransanın digər təmsilçisi Amelin Duarreni "tuşe" ilə məğlub edib. Güləşçimiz yarımfinalda polşalı Paulina Malqorzata Danişlə üz-üzə gələcək.

Birgül Soltanova (65 kq) 1/4 finalda estoniyalı Viktoriya Vessoyla gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə uduzub - 7:8.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner