Mbappeni zədələdi, ölümlə təhdid edildi

Mbappeni zədələdi, ölümlə təhdid edildi
XƏBƏR 8 Mart 2022 / 14:16 3859
-  A +

PSJ-nin futbolçu İdrissa Qeye komandanın azarkeşlərinin qəzəbinə tuş gəlib. 

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, ötən gün məşqdə Kilian Mbappenin zədələnməsinə səbəb olub. Qeyenin ikili mübarizə zamanı 23 yaşlı hücumçunun ayağına zərbə endirərək onu sıradan çıxarması fanatları qəzəbləndirib. Tərəfdarlar buna görə seneqallı oyunçunu ölümlə hədələyiblər. Futbolçu özü və həyat yoldaşı təhdid mesajlarına görə İnstaqram profillərinin şərh bölməsini bağlayıblar.

Qeyd edək ki, sabah Çempionlar Liqası 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində "Real"la qarşılaşacaq. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner