"Keşlə"nin legioneri milliyə çağırıldı

"Keşlə"nin legioneri milliyə çağırıldı
XƏBƏR 7 Mart 2022 / 18:32 1875
-  A +

"Keşlə"nin qapıçısı Stanislav Namaşko Moldova millisinə dəvət alıb.

Qol.az Moldova mətbuatına istinadən xəbər verir ki, o, Millətlər Liqasının pley-off mərhələsində Qazaxıstanla keçiriləcək oyunlar üçün yığmaya çağırırılıb.

Moldova ilə Qazaxıstan arasında ilk oyun martın 24-də Kişinyovdakı “Zimbru” stadionunda, cavab görüşü isə 29-da “Astana Arena”da keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi Millətlər Liqasının 2022/23 mövsümünün C Liqasında Slovakiya, Belarus və Azərbaycan yığması ilə eyni qrupda yer alacaq. Məğlub tərəf isə D Liqasına yuvarlanaraq, Lixtenşteyn, Andorra və Latviyaya rəqib olacaq.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner