Laporta: "Haalandla danışıqlarımız olmayıb"

Laporta: "Haalandla danışıqlarımız olmayıb"
XƏBƏR 6 Mart 2022 / 12:23 1598
-  A +

"Barselona"nın prezidenti Joan Laporta "Borussiya"nın (Dortmund) futbolçusu Erling Haalandla danışıqlar apardılqarı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Qol.az xəbər verir ki, o, goal.com-a açıqlamasında bu məlumatları təkzib edib: 

“Mən Haalandla bağlı hər hansı danışıqların olduğunu inkar edə bilərəm. Görüşlər, söhbətlər olmadı. Heç bir danışıq aparmamışıq.  Xavi və Haaland arasında Münhendə baş tutan görüşünə gəlincə , bu, mənim işim deyil. Amma düşünürəm ki, iki idmançı futbol haqqında danışa bilər. Bizim edəcəyimiz ilk iş onun klubu olan Dortmund "Borussiya"sı ilə əlaqə saxlamaq olacaq". 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner