Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyi ölkənin bütün bölgələrini təmsil edən ixtisaslaşmış məşqçilər, yerli və beynəlxalq dərəcəli hakimlər, tanınmış idmançılarla görüş keçirib.
Qol.az xəbər verir ki, bu haqda federasiyanın mətbuat xidməti məlumat yayıb.
Federasiyanın prezidenti, Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə keçirilən görüşdə ağır atletika idman növünün mövcud durumu, inkişaf potensialı, yerlərdə idman zallarının vəziyyəti, avadanlıqlarla təchizat, atletlərin yarışlara hazırlıq səviyyəsi, Respublika birinciliyinə və beynəlxalq yarışlara hazırlıq və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar yüksək səviyyəli idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi, ehtiyat qüvvələrin hazırlanması, yığma komandanın formalaşması, idmançılarımızın Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında, həmçinin digər beynəlxalq yarışlarda müvəffəqiyyətli çıxışlarının təmin edilməsi üçün görülməli işlər barədə fikirlərini bölüşüblər.
Qeyd olunub ki, ölkəmizdə ağır atletikanın güclü ənənələri var, bu ənənələrin qorunub-saxlanması və daha da inkişaf etdirilməsi üçün maddi-texniki bazanın genişləndirilməsi son dərəcə vacibdir. Federasiya rəhbərliyi ağır atletikada qadağan olunmuş maddələrin, anaboliklərin və başqa dərman preparatlarının qəbulunun yolverilməzliyini vurğulayıb və bu istiqamətdə geniş təşkilatı işlərin aparılacağını, antiidman halları ilə mübarizənin gücləndiriləcəyini bildirib.
Görüşdə paytaxt və bölgələrdə çalışan məşqçilərlə ayda bir dəfə onlayn toplantının keçiriləcəyi, idmançıların hazırlıq vəziyyətinin, məşqlərin daim nəzarətdə saxlanacağı vurğulanıb.


Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə