Ukraynada vətəni uğrunda silaha sarılanlardan biri də Moldovanın “Şerif” klubunun baş məşqçisi Yuri Vernidubdur.
Onun rəhbərliyi ilə Tiraspol təmsilçisi bu mövsüm Çempionlar Liqasının qrupunda uğurlu oyunu ilə diqqət çəkib, “Real”ı belə məğlub edib. Qrup üçüncüsü kimi Avroliqanın pley-off mərhələsinə adlayıb. Rusiyanın Ukraynaya hücumundan sonra isə 56 yaşlı mütəxəssis işini ataraq ölkəsinə qayıdıb.
Qol.az xəbər verir ki, o, BBC-yə müsahibəsində verdiyi bu qərar barədə danışıb:
“Ötən həftənin dördüncü günü səhər saat 4:30-da oğlum mənə zəng edərək dedi ki, Rusiya bizə hücum edib. Artıq mən bilirdim ki, Ukraynaya qayıdaraq döyüşəcəyəm. Beşinci günü mən komanda ilə Tiraspoldan Prindestrovyaya getdim. Altıncı günü səhər isə Ukraynaya yollandım. Tiraspoldan Ukraynadakı evimə çatmaq üçün 11 saat vaxt qət etdim. Yalan danışmayacağam. Yolda gördüm ki, xeyli güclü kişi ölkəni tərk edir. Əgər onlar qayıtsa, mən şad olaram. O zaman mən başa düşdüm ki, onlar kimi hərəkət edə bilmərəm. Özlüyümdə dedim ki, evə çatan kimi könüllü şəkildə orduya yazılacağam”.

Məşqçi bildirib ki, yaxınları onu qərarından döndərməyə çalışıb: “Həyat yoldaşım, uşaqlarım, nəvələrim... Amma mən fikrimdən daşınmadım və dəstəyi üçün xanımıma təşəkkür edirəm. O, mənim xarakterimə bələddir. Kiçik oğlum səhhətinə görə orduda xidmət edə bilmir. Böyük oğlumu məcbur etmişəm ki, evdə qalsın. Onun iki uşağı var. Əgər lazım olsa, o da gələcək, buna şübhə etmirəm. Mən həyat yoldaşımla burada qalacağam. Hazırda münaqişə zonasından çox da uzaqda deyiləm. Əsas döyüşlər bizdən 120 kilometr uzaqda gedir. Amma mən seçimimi etmişəm və qorxmuram. Gəncliyimdə orduda xidmət etmişəm. 2 aylıq bu xidmət zamanı biz idmançıları nəzəriyyəni və silahla davranmağı öyrədirdilər. Amma bu, çoxdan olub. Deməzdim ki, silah işlətməklə bağlı problemim var. Mən ondan istifadə qaydasını bilirəm”.
Vernidub hazırda ordudakı rolu barədə danışmayıb: “Hazırda biz verilən tapşırıqları icra edirik. Hər an bizə əmr olunan yerə getməyə hazırıq. Burda yaxşı, mehriban, bir-birini dəstəkləyən komandamız var. Mənimlə şəkil çəkdirirlər”.

Putini və onun ətrafını anlaya bilmirəm. Mən həmçinin ona qarşı etiraz etməyən rusiyalıları da başa düşmürəm. Fikrimcə, rusiyalıların çoxu nə baş verdiyini anlamır. Rusiyada hər şeyi olduğundan fərqli formada göstərirlər. Onlar deyir ki, bizi qovurlar. Kimi haradan qovursuz? Bizi faşist, nasist adlandırırlar. Mən onların etdiyini sözlə ifadə edə bilmirəm. Dinc sakinlərin evlərini bombalasalar da, iddia edirlər ki, hərbi infrastruktra zərbə endirirlər. Onlar yalan danışırlar. Mənim şübhəm yoxdur ki, Ukrayna bu müharibəni udacaq. Mən gördüm ki, bu faciə bizi bir millət olaraq birləşdirdi”.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə