"Real"ın sabiq futbolçusu Sami Xedira keçmiş komanda yoldaşı, hazırda "Mançester Yunayted"də oynayan Kriştiano Ronaldo haqqında danışıb.
Qol.az xəbər verir ki, son olaraq "Herta"da çıxış edən 34 yaşlı yarımmüdafiəçi AS-a açıqlamasında 36 yaşlı hücumçunun "kral klubu"nda oynayarkən eqoist olduğunu deyib:
“Mən iki fərqli Kriştiano ilə tanış oldum. O, "Real" da bir qədər gənc, daha emosional və eqoist idi. Bu, is mənada deyildi. Amma Ronaldo özünü düzəltməli idi. O, çoxlu qollar vurdu. Amma komandaya o qədər də təsir etmədi. Kriştiano ilə ikinci görüşüm “Yuventus”da oldu. Komandaya gələndə eyni eqoistliyi var idi, qol vurmaq istəyirdi. Lakin Ronaldo daha çox lider oldu. Özü də əbii lider. O, həmişə bizi ittiham edirdi və bilirdi ki, kuboklar üçün komanda yoldaşlarının dəstəyinə ehtiyacı var. . Məni səhv başa düşməyin: “Real”da Ronaldo həmişə komandanın bir parçası olub. Lakin o, “Yuventus”da yetkinləşib. Həmişə diqqətini oyuna yönəldirdi. Onun rəqabət ruhu var... Məşqdə hamı Kriştianonu məğlub etmək istəyirdi ".
Qeyd edək ki, Xedira 2010-2015-ci illərdə "Real"da, 2015-2021-ci illərdə "Yuventus"da oynayıb. Ronaldo isə 2009-2018-ci illərdə Madrid təmsilçisinə, 2018-2021-ci illərdə isə Turin klubunda çıxış edib.
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"
"Sabah" Mikelslə müqaviləni yenilədi
Azərbaycan millisində yeni futbolçu
"Latsio" baş məşqçisini göndərdi
İngiltərə millisinin məşqləri xüsusi mühafizə ediləcək
Əzmkar qələbə ilə 1-ci liqada qaldılar