"Yuventus"un prezidenti Andrea Anyelli hələ də Avropa Superliqası layihəsini gündəmə gətirməyə çalışır.
Qol.az xəbər verir ki, o, turniri başlada biləcəklərinə inanır:
“Superliqa layihəsi uğursuz olmadı. Fikrimcə, Avropa futbolunun islahatlara ciddi ehtiyacı var. UEFA bilirdi ki, mən “Yuventus”un prezidenti kimi başqa bir şey üzərində işləyirəm. Superliqa bir nəfərin yox, 12 komandanın birlikdə işidir. 12 klub 120 səhifəlik müqavilə imzalayıb və bu, həmin klublardan 11-i üçün hələ də qüvvədədir. Kompromis artıq seçim deyil, bizə daha dərin islahatlar lazımdır. Futbolun idarəetmə strukturu lazımi səviyyədə deyil. Mən alternativ fikirlər haqqında deyil, sektorun necə idarə olunduğu barədə düşünərdim”.
Əlavə edək ki, 2021-ci ildə aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. UEFA isə dəfələrlə həmin klubları cəzalandıracağını bildirmişdi.
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"
"Sabah" Mikelslə müqaviləni yenilədi
Azərbaycan millisində yeni futbolçu
"Latsio" baş məşqçisini göndərdi
İngiltərə millisinin məşqləri xüsusi mühafizə ediləcək
Əzmkar qələbə ilə 1-ci liqada qaldılar