"Çelsi"nin baş məşqçisi Tomas Tuhel klubun sahibi Roman Abramoviçin London təmsilçisini satışa çıxarmasına münasibət bildirib.
Qol.az xəbər verir ki, 48 yaşlı mütəxəssis “Daily Mail”ə açıqlamasında bunun böyük qərar olduğunu deyib:
“Hələlik bunu söyləmək tezdir. Çünki mən yalnız Roman Abramoviçin rəhbərlik etdiyi “Çelsi” haqda düşünə bilərəm. Ona görə də mənim üçün çox çətindir. Klub sahibinin dəyişəcəyini hələ də anlamamışam. Təbii ki, belə şeylər böyük dəyişikliklərdir. Matçdan əvvəl bu barədə danışmamışıq. Mənim mövqeyim düşündüyünüz qədər yüksək deyil. Mən icraçı direktor və ya idarə heyətinin üzvü deyiləm. Ona görə də əminəm ki, klub vəziyyəti bizimlə və futbolçularla müzakirə edəcək. Oyunçularımızın interneti var, televizora baxırlar. Ona görə də təbii ki, futbolçuların məsələ haqqında məlumatları olur. Ancaq buna baxmayaraq, biz yalnız idmana, futbola diqqət yetiririk. Mən “Çelsi” üçün ən yaxşı şeyin olmasına görə dua edirəm”.
Qeyd edək ki, Abramoviç ötən gün “Çelsi”ni satmaq qərarına gəldiyini açıqlayıb. Klubu almaq istəyənlər arasında isveçrəli milyarder Hansyorq Viss və UFC-nin iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor var.
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"
"Sabah" Mikelslə müqaviləni yenilədi
Azərbaycan millisində yeni futbolçu
"Latsio" baş məşqçisini göndərdi