UEFA Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo"nu (Zaqreb, Xorvatiya) cəzalandırıb.
Qol.az xəbər verir ki, buna səbəb Zaqreb klubunun azarkeşlərinin Avropa Liqasının pley-off mərhələsinin "Sevilya" ilə səfər matçında ictimai asayişi pozmasıdır. Ona görə də UEFA-nın İntizam Komitəsi "Dinamo"nu 30 min avro cərimələyib.
Bununla yanaşı UEFA Xorvatiya klubunu avrokuboklardakı növbəti səfər matçı üçün bilet satışını da qadağan edib. Həmçinin UEFA-nın tapşırığına əsasən "Dinamo", azarkeşlərin "Roman Sançez Pisxuan" stadionun tribunalarına ziyan verməsinə görə 1 ay ərzində "Sevilya" rəsmilərilə danışaraq zərəri qarşılamalıdır.
Qeyd edək ki, "Dinamo" "Sevilya"ya ümumilikdə 2:3 hesabı ilə uduzaraq turnirdə mübarizəsini dayandırıb.
"Şamaxı" onu da göndərdi
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"