Elxan Məmmədov Gəncə şəhər stadionunda oldu

Elxan Məmmədov Gəncə şəhər stadionunda oldu
XƏBƏR 1 Mart 2022 / 14:55 2852
-  A +

Gəncə səfəri çərçivəsində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov şəhər stadionunda olub. 

Qol.az xəbər verir ki, qurum rəsmisi "Kəpəz" PFK-nın icraçı direktoru İlqar Nadiri ilə görüşüb. Elxan Məmmədov arenada tikintisi davam edən futbol akademiyasında görülən işlər ilə tanış olub.

Stadiona baxış keçirilib. İlqar Nadiri arenanın mövcud vəziyyəti ilə bağlı qonağa məlumat verib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner