25-ci qələbə

25-ci qələbə
XƏBƏR 1 Mart 2022 / 10:55 1055
-  A +

“Neftçi” baş məşqçisi Samir Abasovun rəhbərliyi altında 25-ci qələbəsini qazanıb. 

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 17-ci turuna təsadüf edib. Bakı klubu səfərdə “Sabah”ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. 

Mütəxəssisin rəhbərliyi altında 48-ci matçına çıxan “ağ-qaralar” 25 dəfə qalib gəldiyi müddətdə 11 heç-heçə edib və 12 dəfə uduzub. 2020-ci ilin noyabrında “Neftçi”nin baş məşqçisi kimi debüt edən Abasovun komandası Premyer Liqada 22, kubokda 1, avrokuboklarda 2 dəfə qalib gəlib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner