Rusiyanın bu klubları da Avropa yarışlarından kənarlaşdırıldı

Rusiyanın bu klubları da Avropa yarışlarından kənarlaşdırıldı
XƏBƏR 1 Mart 2022 / 10:11 1784
-  A +

Rusiya daha bir idman növündə bütün yarışlardan məhrum edilib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiyanın MOİK, “Zenit” və UNIKS basketbol klubları Avroliqadan, “Lokomotiv-Kuban” isə avrokubokdan kənarlaşdırılıb. Bildirilib ki, buna Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb olub.

Xatırladaq ki, FİFA və UEFA da Rusiya klublarının və Rusiya milli komandasını növbəti qərara qədər bütün turnirlərdən kənarlaşdırıb. Avropa Həndbol Federasiyası (EHF) və  Beynəlxalq Çimərlik Futbolu Təşkilatı da Rusiya və Belarus komanda və klublarının Avropa turnirlərində iştirakını qeyri-müəyyən müddətə dayandırıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner