Putindən 9-cu dan qara kəmər geri alındı

Putindən 9-cu dan qara kəmər geri alındı
XƏBƏR 28 Fevral 2022 / 18:40 2913
-  A +

Ümumdünya Taekvondo Federasiyası Rusiya Prezidenti Vladimir Putindən 9-cu dan fəxri qara kəmərini geri alıb.

Qol.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bundan başqa bütün yarışlarda Rusiya və onun müttəfiqi Belarusun bayrağı və himninin çıxarıldığı bildirilib. Bu iki ölkə beynəlxalq yarışlar təşkil edə bilməyəcək. Bu qərarların verilməsinə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb olub.

Xatırladaq ki, Beynəlxalq Cüdo Federasiyası ötən həftəsonu Putini 2008-ci ildən bəri tutduğu fəxri vitse-prezidentlik vəzifəsindən uzaqlaşdırıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner