“Buffon məndən forma istədi” - Dadaşov

“Buffon məndən forma istədi” - Dadaşov
XƏBƏR 26 Fevral 2022 / 08:28 3663
-  A +

Millimizin sabiq futbolçusu Rüfət Dadaşov hazırda “Parma”da çıxış edən Canluici Buffonla bağlı maraqlı açıqlama verib. 

Qol.az-ın məlumatına görə, Almaniya "Şalke"sinin əvəzedici komandasında çıxış edən 31 yaşlı hücumçu bildirib ki, Buffon ondan forma istəyib. Hadisə səfərdə İtaliyaya 1:2 hesabı ilə uduzduqları Avro-2016-nın seçmə mərhələ oyunundan sonra baş verib: "Oyundan sonra ondan formasını istədim. Çox mehriban söhbət etdikdən sonra istəyimi yerinə yetirdi. Getmək istəyəndə çağırdı və o da mənim formamı istədi. Əvvəlcə tərəddüd etdim. Düşündüm ki, onsuz da bəyənməyəcək. Amma sonradan razılaşdım".

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisində 24 oyun keçirib və 5 qol vurub.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner