"Ronaldo "Yunayted"ə ancaq forma satışı üçün lazımdır"

"Ronaldo "Yunayted"ə ancaq forma satışı üçün lazımdır"
XƏBƏR 24 Fevral 2022 / 17:50 4617
-  A +

"Mançester Yunayted"in keçmiş futbolçusu Pol Parker hazırda "qırmızı şeytanlar"da oynayan Kriştiano Ronaldonu tənqid edib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Parkerin fikrinə görə, Ronaldo  “Mançester Yunayted”ə sadəcə reklam üçün lazımdır:

“Məncə, klubun Ronaldoya ehtiyacı var. Çünki onun sayəsinə "Mançester Yunayted" çoxlu forma satır. Buna görə də klub xeyli reklam alır.  Ronaldo oyunda topa nadir hallarda toxunur. "Mançester Yunayted "in hazırda oyun modeli yoxdur". 

Qeyd edək ki, Ronaldo ötən ilin avqust ayından "Mançester Yunayted"də oynayır.  Parker isə 1991-96-cı illərdə bu kılubda çıxış edib. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner