"Birlikdə qalib gələcəyik” - Şevçenko

"Birlikdə qalib gələcəyik” - Şevçenko
XƏBƏR 24 Fevral 2022 / 16:21 5920
-  A +

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko ölkəsi ilə Rusiya arasında başlanan müharibəyə münasibət bildirib. 

Qol.az xəbər verir ki, 45 yaşlı mütəxəssis bu barədə öz "İnstaqram "hesabında paylaşım edib. O yazıb: 

“Ukrayna mənim vətənimdir! Xalqımla və ölkəmlə həmişə qürur duymuşam. Çox çətin dövrlərdən keçmişik. Geridə qalan 30 il ərzində millət olaraq formalaşmışıq. Səmimi, zəhmətkeş və azadlıqsevər xalq! Bu, bizim ən vacib sərvətimizdir! Bu gün bizim hamımız üçün çətin vaxtdır. Amma biz birləşməliyik! Birlikdə qalib gələcəyik!"

Qeyd edək ki, Şevçenko 2016-2021-ci illərdə Ukrayna millisini çalışdırıb. O, 1995-2012-ci illərdə bu yığmada çıxış edib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner