Milli komandada yeni baş məşqçi

Milli komandada yeni baş məşqçi
XƏBƏR 24 Fevral 2022 / 00:55 1620
-  A +

Kosovo millisinin yeni baş məşqçisi bəlli olub.

Qol.az xəbər verir ki, komandanı Fransa yığmasının sabiq futbolçusu Alen Jiress çalışdıracaq.

Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. 70 yaşlı mütəxəssislə 2023-cü ilin noyabrınadək müqavilə imzalanıb. Təcrübəli baş məşqçi bu vəzifədə Bernar Şallandı əvəzləyib.

1984-cü ildə Fransa seçməsinin heyətində Avropa çempionu olmuş Alan Jiress Gürcüstan, Qabon, Mali, Seneqal və Tunis yığmalarına da başçılıq edib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner