Mourinyoya 2 oyunluq cəza

Mourinyoya 2 oyunluq cəza
XƏBƏR 22 Fevral 2022 / 21:42 1051
-  A +

"Roma"nın baş məşqçisi Joze Mourinyo cəzalandırılıb.

Qol.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, buna portuqaliyalı mütəxəssis A seriyasının 26-cı turunda "Verona" ilə oyunda (2:2) baş hakim Luka Payrettonu təhqir etməsi səbəb olub. O, 2 oyunluq diskvalifikasiya edilib.

Xatırladaq ki, görüşün sonlarında Mourinyo baş hakim Luka Payrettoya əli ilə telefon jesti edib və bundan sonra qırmızı vərəqə ilə cəzalandırılıb. İtaliya mətbuatı yazır ki, Mourinyo hakimin üstünə qışqıraraq deyib: “Səni bura xüsusi göndəriblər, “Yuventus” göndərib”.


Son xəbərlər
topaz banner