Azərbaycan millisinin veteran qapıçısı Aleksandr Jidkov açıqlama verib.
Qol.az sportal.az saytına istinadən xəbər verir ki, O, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Marsel”i keçmək şanslarını dəyərləndirib: "Təbii ki, ilk oyundakı 1:3 hesablı məğlubiyyət kiçik hesab deyil. Bunun əvəzini çıxmaq asan olmayacaq. “Qarabağ”a uğurlar arzulayıram.
İstənilən məşqçiyə keyfiyyətli oyunçular lazımdır. Qurban Qurbanovun sərəncamında keyfiyyətli oyunçular var. Ona görə də nəticə verir, həm Premyer Liqada liderdir, həm də avrokuboklarda daim çıxış edir. Qurban Qurbanovun öz işi də ortadadır. Çempionlar Liqasının qrup mərhələsində oynadılar, indi Konfrans Liqasında pley-off mərhələsindədilər. Bunlar hamısı “Qarabağ”ın işinin göstəricisidir. Qurban Qurbanov və “Qarabağ”a uğurlar arzulayıram".
Vaxtilə milli komandamızın qapısını qorumuş veteran qolkiper Mahir Emrelinin də “Dinamo”ya keçidini dəyərləndirib: "Mahir yaxşı futbolçudur. Avropada tələblər fərqlidir. Legioner futbolçusansa, daim özünü sübut etməlisən ki, yerlidən güclü olduğunu göstərəsən. Bu, qanundur. Ona görə də “Dinamo”ya tez bir zamanda adaptasiya olmaq lazımdır. Ona da uğurlar arzulayıram”.
Sonda isə təcrübəli mütəxəssis Rusiyada çıxış edən Ayaz Quliyev, Kamran Əliyev in Azərbaycan millisindəki mümkün çıxışından söhbət açıb: “Bu, uşaqların öz seçimidir. Əlbəttə ki, bu futbolçular Azərbaycan millisi üçün oynaya bilərlər. Amma onların əvəzinə nəsə demək istəmirəm. Yəni, bu futbolçuların seçiminə təsir göstərə bilmərik”.
“Neftçi”, “Dinamo”, “Anji”, “Tom” klublarının da qapısını qorumuş Jidkov 1994-1998-ci illər arasında Azərbaycan millisinin şərəfini qoruyub.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq