Noyer qayıdır

Noyer qayıdır
XƏBƏR 22 Fevral 2022 / 13:45 14878
-  A +

"Bavariya"nın zədələndiyi üçün əməliyyat olunan qapıçısı Manuel Noyer məşqlərə başlayıb. 

Qol.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. 34 yaşlı qolkiper fərdi məşqlərə başlayıb. Onun yaxın zamanda yaşıl meydanlara qayıdacağı bildirilib. 

Noyer Bundesliqada fevralın 5-də "Leyptsiq"lə keçirilən matçda (3:2) zədələnib. O, fevralın 7-də dizindən əməliyyat olunub. 

Qeyd edək ki, Noyer bu mövsüm Münhen klubunda 28 oyuna çıxıb.


Son xəbərlər
topaz banner