"Bazel" baş məşqçisini istefaya göndərdi

"Bazel" baş məşqçisini istefaya göndərdi
XƏBƏR 21 Fevral 2022 / 19:18 2992
-  A +

"Bazel" baş məşqçisi Patrik Rahmeni istefaya göndərib.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. İsveçrə təmsilçisinin rəhbərliyi komandanın qeyri-qənaətbəxş nəticələri səbəbindən mütəxəssisi istefaya göndərmək qərarına gəlib. Onun köməkçisi Boris Smilyaniç könüllü istefa ərizəsi təqdim edib. 

Gilyermo Abaskal mövsümün sonuna qədər baş məşqçinin səlahiyyətlərini icra edəcək .

Xatırladaq ki, "Bazel" İsveçrə çempionatında bu mövsüm 22 matçda 40 xal toplayıb və turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Bazel" Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olub. Ağdam klubu Bakıdakı ilk oyunda qolsuz heç-heçə etsə də, səfərdə rəqibinə 0:3 hesabı ilə məğlub olub.


Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə