İlk dəfə Olimpiya çempionu oldular - Pekin 2022

İlk dəfə Olimpiya çempionu oldular - Pekin 2022
XƏBƏR 20 Fevral 2022 / 12:19 3449
-  A +

Pekin-2022 Qış Olimpiya Oyunlarında hokkey yarışına yekun vurulub.

Qol.az xəbər verir ki, final oyununda Rusiya və Finlandiya milli komandaları görüşüb.

Pekində keçirilən qarşılaşma Skandinaviya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Finlandiya yığması tarixində ilk dəfə Olimpiya çempionu olub. Ruslar isə sonuncu dəfə 2018-ci ildə Cənubi Koreyanın Pxençxanq şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında qızıl medallara sahib çıxıb.

Olimpiya çempionluğu indiyədək 9 ölkəyə qismət olub. Finlandiyadan əlavə, Kanada 9, SSRİ 7, ABŞ və İsveç 2, Böyük Britaniya, ABŞ, Çexiya, MDB və Rusiya hərəyə 1 dəfə qalibiyyət əldə edib. 


Son xəbərlər
topaz banner