"Qarabağ" "Marsel"i "süpürdü" - Raymon Domenek

"Qarabağ" "Marsel"i "süpürdü" - Raymon Domenek
XƏBƏR 19 Fevral 2022 / 17:29 13615
-  A +

Fransa millisinin sabiq baş məşqçisi Raymon Domenek Konfrans Liqasının pley-off mərhələsində keçirilən "Marsel" - "Qarabağ" oyununu (3:1) şərh edib.

Qol.az xəbər verir ki, 70 yaşlı mütəxəssis "L'Equipe" nəşrinə açıqlamasında Fransa klubunun oyunundan razı qalmadığını bildirib: "Qələbə qazandıq, heyətdə bir neçə dəyişiklik etdik. Milik sadəcə qol vurdu. Qarabağ" kimi komandaya qarşı fərqli mübarizə gözləyirdik, rəqib bizi meydanda "süpürdü". Razıyam, heyətdə bir neçə rotasiya edildi. Oyuna nəzarətimiz yox idi, onları çətin vəziyyətə salmadıq. Bəzən narahat edən qələbələr olur. Bu qələbə sizi narahat edə bilər. 

De La Fuenteni meydanda görmədik, deyəsən oynadı. Cengiz Ünder cinahda nələrsə edirdi, amma işə yaramadı. "Marsel"in ikinci qolunda heç bir oyundankənar vəziyyət yox idi, lakin “Qarabağ”ın iki qol epizodunda da ofsayd yox idi".


Son xəbərlər
topaz banner