"Səbail"dən yeni transfer

"Səbail"dən yeni transfer
XƏBƏR 19 Fevral 2022 / 11:51 2992
-  A +

“Səbail” heyətinə yeni futbolçu qatıb.

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi “Pierikos”dan Tural Bayramlını sıralarına cəlb edib. 24 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Tural yeni komandasında 39 nömrəli formanı geyinəcək.

"Sumqayıt"ın yetirməsi olan Bayramlı ölkəmizdə həmçinin “Keşlə”, “Zirə”, Latviyada isə “Dauqavpils”in formasını geyinib.

Qeyd edək ki, “Səbail” qış fasiləsində Rəşad Əzizli və Hüseynəli Quliyevi də heyətinə qatıb.


Son xəbərlər
topaz banner