"Qarabağ"ı keçmək lazımdır" - "Marsel"in hücumçusu

"Qarabağ"ı keçmək lazımdır" - "Marsel"in hücumçusu
XƏBƏR 19 Fevral 2022 / 10:30 3626
-  A +

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel"in futbolçusu Sedrik Bakambu Fransada Ağdam təmsilçisinə qalib gəldikləri matç (3:1) barədə danışıb. 

Qol.az xəbər verir ki, 31 yaşlı hücumçu yerli mətbuata açıqlamasında təmsilçimizi adlayıb növbəti mərhələyə yüksəlməyin vacibliyini vurğulayıb:

"Qarabağ" mərhələsini keçmək lazımdır. Oyundan əvvəl heç vaxt güclü olduğunu deyə bilməzsən. Rəqiblərinizi heç vaxt qiymətləndirməməlisiniz". 

Qeyd edək ki, "Qarabağ" "Marsel" ilə cavab görüşünü fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.


Son xəbərlər
topaz banner