Dmitri Payet "Qarabağ"la oyun haqda

Dmitri Payet "Qarabağ"la oyun haqda
XƏBƏR 18 Fevral 2022 / 09:48 7895
-  A +

"Bu gün nəticə əldə etmək üçün bura gələn və yaxşı futbol oynayan komanda gördük. Bu görüş avrokubok matçlarının asan olmadığını göstərdi".

Qol.az xəbər verir ki, bu sözləri "Marsel"in futbolçusu Dmitri Payet Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk oyunundan sonra Fransa mətbuatına açıqlamasında deyib.

"Marsel"in 3-cü qolunun müəllifi olan 35 yaşlı yarımmüdafiəçi 3:1 hesablı qələbəni belə şərh edib:  "İkili mübarizələrdə daha yaxşı oynaya bilərdik. Amma ilk növbədə kiçik hesablı qələbəni təmin etmək lazım idi ki, bunu da bacardıq.

Bir az nəfəs almaq mənim üçün çox faydalı oldu. Bu da az oynayanlar üçün şərait yaratdı. Hər kəsə ehtiyacımız olacaq. Ona görə də hamımız eyni səviyyədə olmalıyıq. Liqa 1-də 3 vacib oyunumuz var".

Xatırladaq ki, komandalar arasında cavab görüşü fevralın 24-də Bakıda olacaq.


Son xəbərlər
topaz banner