Marseldəki oyunu Azərbaycanın rəsmi şəxsləri də izləyəcəklər

Marseldəki oyunu Azərbaycanın rəsmi şəxsləri də izləyəcəklər
XƏBƏR 17 Fevral 2022 / 13:11 4538
-  A +

“Qarabağ”nın Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə ilk oyunu Gənclər və idman naziri Fərid Qayıbovla yanaşı Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev də izləyəcək. 

Bu barədə Qol.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O, Fərid Qayıbov və Rəhman Mustafayevin qarşılaşmanı stadiondan canlı izləyəcəyini bildirib: “Hazırda Gənclər və idman naziri Fərid Qayıbov buradadır. Azərbaycanın Fransadakı səfirinin də bura gələcəyi gözlənilir. Onlar oyunu izləyəcəklər”. 

Qeyd edək ki, “Marsel” – “Qarabağ” oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab oyunu fevralın 24-ü Bakıda olacaq.


Son xəbərlər
topaz banner