Kloppdan qələbə şərhi

Kloppdan qələbə şərhi
XƏBƏR 17 Fevral 2022 / 10:47 4055
-  A +

“Nəticə əldə etmək üçün bir yol tapmalı idik. Fikrimcə, matça yaxşı başladıq. Müdafiəçilərimiz rəqibə  qarşı təkbətək oynadığından çox yaxşı müdafiə oluna bilmədik. Bu, belə olmamalıdır”.

Qol.az xəbər verir ki, bu sözləri “Liveprul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 final mərhələsində  “İnter”i məğlub etdikləri ilk matç (2:0) barədə danışarkən deyib. 

54 yaşlı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında komandasının oyunundan razı qaldığını bildirib: 

“Belə bir oyunda topu daha çox özümüzdə saxlamalı idik. Amma bunu nadir hallarda bacarırdıq. Ancaq həmişə “İnter” kimi rəqiblə matçda parlaq bir gün keçirəcəyinizə ümid edə bilməzsiniz. O qədər də parlaq deyildik, amma qələbəyə layiq olmaq üçün kifayət qədər yaxşı mübarizə apardıq. Çünki iki möhtəşəm qol vurduq. Rəqibin də qol vurmaq üçün şansları oldu. Biz top itirəndə onlar daha çox əks-hücum edirdilər. Futbolçumuz Dioqo     Jotanın ayağından zədə almasından başqa hər şeydən razıyam. O, oynamağa davam edə bilərdi. Bu, bir az müsbət haldır. Lakin Jotanın topuqları şişib”. 

Qeyd edək ki, “Liverpul” və “İnter” arasındakı cavab oyunu martın 8-i İngiltərədə keçiriləcək.


Son xəbərlər
topaz banner