Vüsalın komandasından inamlı qələbə

Vüsalın komandasından inamlı qələbə
XƏBƏR 16 Fevral 2022 / 21:52 5235
-  A +

Türkiyə 1-ci liqasında 25-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Keçiörengücü” doğma meydanda “Balıkəsirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, 82-ci dəqiqədə meydana buraxılıb.
 
Qeyd edək ki, “Keçiörengücü” 25 turdan sonra 31 xalla 19 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner