ÇL-də dubl etdi, ən yaxşı seçildi

ÇL-də dubl etdi, ən yaxşı seçildi
XƏBƏR 16 Fevral 2022 / 13:59 1668
-  A +

UEFA ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən "Sportinq" - "Mançester Siti" görüşünün ən yaxşı oyunçusunu açıqlayıb. 

Qol.az xəbər verir ki, görüşün ən yaxşısı "şəhərlilər"in futbolçusu Bernardo Silva olub. 25 yaşlı yarımmüdafiəçi sözügedən qarşılaşmada dubl edib. O, 17 və 44-cü dəqiqələrdə fərqlənib. 

Qeyd edək ki, "Mançester Siti" ötən gecə rəqibini 5:0 hesabı ilə darmadağın edib. Komandalar arasında cavab oyunu martın 9-u keçiriləcək. 


Son xəbərlər
topaz banner