De Xea rekordu təkrarladı

De Xea rekordu təkrarladı
XƏBƏR 16 Fevral 2022 / 12:37 1505
-  A +

“Mançester Yunayted”in qapıçısı David de Xea komandanın sabiq qolkiperi Peter Şmeyxelin rekordunu təkrarlayıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu buna ötən gecə Premyer Liqanın 18-ci turunun təxirə salınmış görüşündə - “Brayton”la qarşılaşmada qapısını toxunulmaz saxlamaqla nail olub. Beləliklə, o, yerli çempionatda qol buraxmadığı görüşlərin sayını 128-ə çatdırıb. Bununla da De Xea 1991-1999-cu illərdə “qırmızı şeytanlar”da oynamış Şmeyxelin rekordunu təkrarlayıb. 

Qeyd edək ki, ötən gecə “Mançester Yunayted” “Brayton”a 2:0 hesabı ilə qalib gəlib.


Son xəbərlər
topaz banner