Yeni transferin ayağı qırıldı

Yeni transferin ayağı qırıldı
XƏBƏR 15 Fevral 2022 / 19:18 4784
-  A +

İngiltərənin “Nyukasl” klubunun yeni transferi Kiran Trippyerin ayağı qırılıb.

Qol.az "The Sun"a istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Trippyer İngiltərə Premyer Liqasının 25-ci turunun “Aston Villa” ilə matçında (1:0) zədələnərək, meydanı vaxtından əvvəl tərk etmişdi.

Qeyd edək ki, “Nyukasl” Trippyeri qış transfer dövründə Madrid “Atletiko”sundan transfer edib.


Son xəbərlər
topaz banner