Nəbiyev qol vurdu

Nəbiyev qol vurdu
XƏBƏR 15 Fevral 2022 / 16:14 15916
-  A +

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi Çexiyanın “Viktoriya” (Jijkov) klubu yoxlama oyunu keçirib. 

Qol.az xəbər verir ki, komanda ölkənin əsas çempionatında çıxış edən “Mlada Boleslav”ın əvəzedici heyəti ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib. Jijkov komandasının 3-cü qolunu Nəbiyev vurub.

Qeyd edək ki, F.Nəbiyev bu qış keçirilən digər yoxlama görüşlərində də məhsuldarlığı ilə fərqlənib. O, ümumən 2022-ci ildə 6 yoxlama oyununda rəqib qapılarına 7 dəfə yol tapıb. 

Əlavə edək ki, "Viktoriya" hazırda Çexiyanın 2-ci liqasının turnir cədvəlində 10 xalla 16-cıdır. 

 


Son xəbərlər
topaz banner