Pepe ağır cəza ilə üz-üzə

Pepe ağır cəza ilə üz-üzə
XƏBƏR 15 Fevral 2022 / 10:51 2160
-  A +

"Portu"nun futbolçusu Pepeyə ağır cəza verilə bilər.

Qol.az “A Bola”ya istinadən xəbər verir ki, buna səbəb 38 yaşlı müdafiəçinin Portuqaliya Premyer Liqasının 22-ci turunda  “Sportinq”lə oyunun sonunda (2:2) komandaların futbolçuları və texniki heyətləri arasında yaşanan əlbəyaxa davada iştirak etməsidir. Pepe “Sportinq”in direktorunu vurub. Bunu baş hakim Joao Pinyero öz hesabatında əks etdirib. 

Liqanın nizam-intizam qaydalarına əsasən, futbolçu 2 aydan 2 ilədək müddətə diskvalifikasiya oluna bilər. 

"Sportinq"in futbolçusu Bruno Tabateni də həmin davaya görə cəzalandırıla bilər. O, "Porto"nun direktorunu itələyib.

Qeyd edək ki, oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. 


Son xəbərlər
topaz banner