Millimizin üzvünün komandası uduzdu

Millimizin üzvünün komandası uduzdu
XƏBƏR 14 Fevral 2022 / 09:15 1559
-  A +

Polşa çempionatında 21-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) öz meydanında “Pyast”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Visla” 21 turdan sonra 30 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner