Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının və Avropa İdman Mətbuatı İttifaqının ölkəmizdə rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının 2021-ci ilin idman yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib.
Qol.az xəbər verir ki, mərasimi Assosiasiyanın prezidenti, əməkdar jurnalist Eldar İsmayılov açıq elan edib.
Əvvəlcə, ötən il ərzində dünyasını dəyişən AİJA üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra AİJA-nın 1 illik fəaliyyətini özündə əks etdirən video-çarx nümayiş etdirilib.
Keçmiş idman şərhçisi, "Bal Line" şirkətinin rəhbəri Altay Əliyev xüsusi təşəkkürnamə ilə təltif edilib. Üzrlü səbəbdən tədbirdə iştirak edə bilmədiyi üçün mükafat şirkətin nümayəndəsi İlqar Axundova təqdim edilib.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının versiyasına görə 2021-ci ilin məşqçisi seçilmiş “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, ilin futbol xadimi seçilmiş “Qarabağ”ın direktoru Emrah Çelikel, ilin klubu seçilmiş “Qarabağ” Futbol Klubunun baş meneceri Asif Əsgərov öz mükafatlarını alıblar. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxış edərək “Qarabağ”a 2 gün sonra yollanacağı çətin Fransa səfərində uğurlar arzulayıb. Vətən Müharibəsi şəhidi, qəhrəman baş leytenant, “Qarabağ” klubunun sadiq azarkeşi və Qurban Qurbanovun pərəstişkarı Səid Rəşidzadənin atası Nofəl Qasımov Səiddən xatirə qalmış əşyaları Qurban Qurbanova təqdim edib. Qurban Qurbanov vaxtsız dünyadan köçən jurnalist Elnur Əşrəfoğlunun oğlu Mətin Elnuroğluna atasının əziz xatirəsinə dərin ehtiramla AİJA-nın hazırladığı özəl plaket və “Qarabağ” klubunun hədiyyələrini təqdim edib.
AİJA-nın versiyasına görə ilin futbolçusu seçilmiş “Neftçi”nin kapitanı Emin Mahmudov və ilin legioneri seçilmiş millimizin hücumçusu Mahir Emreli mükafatlarını alıblar. Hazırda Mahir Emreli Xorvatiyada olduğundan mükafat anası Elnurə xanıma təqdim edilib.
İlin ən yaxşı futbolçularına mükafatları Beynəlxalq Futvolley Federasiyasının prezidenti Vüsal Xəlilov və AİJA-nın 1-ci vitse prezidenti Nərgiz Mahmudzadə təqdim edib.
AİJA-nın versiyasına görə 2021-ci ildə Avropa, dünya çempionatlarında və Olimpiya Oyunlarında qazandıqları uğurlarına görə ilin idmançısı seçilən Rafiq Hüseynov, Rafael Ağayev, Hacı Əliyev və İrina Zaretskaya mükafatlarını alıblar.
Mükafatları Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və Beynəlxalq dərəcəli hakim, “Şöhrət” ordenli Hicran Şərifov təqdim ediblər.
AİJA-nın versiyasına görə ardıcıl ikinci ildir ilin televiziya kanalı seçilən İTV-nin idman departamentindən ilin televiziya aparıcısı Fəridə Abdulla mükafatları alıb.
Mükafatları Bakı Dövlət Universitetinin dekanı, əməkdar jurnalist, filologiya elmləri doktoru Vüqar Zifəroğlu təqdim edib.
2021-ci il ərzində özünəməxsus şərhləri ilə azarkeşlərin rəğbətini qazanan, AİJA-nın versiyasına görə ilin şərhçisi nominasiyasının qalibləri Tural Dadaşov və Elnur Məmmədli mükafatlarını Vüqar Zifəroğlu və Rəşad Məciddən alıblar.
İlin informasiya agentliyi - AzərTAC, İdman qəzetləri üzrə “Futbol+ qəzeti”, ictimai-siyasi qəzetlər üzrə “525-ci qəzet”, idman saytları üzrə Qol.az saytı təltif ediliblər.
AİJA-nın versiyası üzrə ilin mətbuat katibləri Azərbaycan Futzal Federasiyasının mətbuat katibi, Vətən Müharibəsi qazisi Mahal Məmmədov, Azərbaycan Milli Antidopinq Agentliyinin mətbuat katibi Vamiq Nəsirov və "Sabah" Futbol Klubunun mətbuat katibi Elnur Həmidov Tovuz Gənclər Evinin rəhbəri Rauf Rüstəmov və 1-ci Qarabağ müharibəsi qazisi Nofəl Qasımovdan mükafatlarını alıblar.
Yuxarı
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı